shape-img
shape-img

Kampus və qurğular

Məktəbimiz 0,7863 ha ərazidə yerləşən, 3611 m2 sahəyə malik iki-mərtəbəli binadır. Binadakı şərait 10 qrupa bölünmüş 3-6 yaşlarında uşaqlar üçün nəzərdə tutulub. Hər bir qrupun öz sinif otağı, yataq otağı, hamam otağı (yaşa uyğun layihələndirilmiş) və yemək xidməti göstərilən zonası var. Uşaqların hərtərəfli inkişafına dəstək vermək üçün nəzərdə tutulan əlavə qurğulara aşağıdakılar daxildir: idman zalı, musiqi zalı, akt zalı, kinoteatr, IKT və STEAM laboratoriyaları, habelə paltardəyişmə otaqları ilə təmin olunmuş uzgüçülük hovuzu (9m x 3,3m). Bundan əlavə, burada yeməkxana, ilkin tibbi yardım otağı, mətbəx, qida saxlama otaqları, cəmaşirxana, inventar otaqları, tualetlər, işçi heyəti üçün otaqlar, psixoloq otağı, inzibati otaqlar və s. mövcuddur. Burada 7 söhbətgahın və müxtəlif oyun meydançalarının olduğu açıq havada oyun zonası var; sahə “yaşıl xalça” ilə örtülüb. Ərazi müxtəlif bitki və ağaclarla əhatə olunub. Bütün ərazi boyu isitmə, sərinləndirmə və kamera sistemləri qurulub.